Son yeniləmə: 25 Oktyabr 2024 13:34
BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi tərəfindən istifadəyə verilən Kent Lokantası xalq tərəfindən rəğbətlə qarşılanıb. Belə ki, Lokantanın açılışından bir ay keçməsinə baxmayaraq ora minlərlə vətəndaş qonaq olub.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Məlumata əsasən, sentyabrın 24-də Taşbaşı Çarşısı Köhnə Toy Sarayında qapılarını açan restoran bu müddət ərzində 20 min vətəndaşı qəbul edib: “Kent Lokantası həftənin 5 günü 65 TL-yə bir dəfə isti yemək təklif edir. Aşpazlar tərəfindən hazırlanan yeməklər gigiyenik və sağlam mühitdə verilir. Restoran ilk gündən eskişehirlilərin diqqətini çəkib. Bundan əlavə, “Asılı yeməklər” tətbiqi ilə ehtiyacı olan vətəndaşlara pulsuz yemək verilir. Xeyriyyəçilər kentlokantasi.eskisehir.bel.tr saytında 65 TL-lik yemək bağışlayaraq bu proqrama dəstək ola bilərlər. Bu yolla yemək xərcini ödəyə bilməyən ehtiyacı olanlara isti yemək verilir”.
İlk şərhi yaza bilərsiniz