Press "Enter" to skip to content

Faiq Ələkbərli Türk Eli cəmiyyətinin prezidenti ilə görüşüb

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – Oktyabrın 23-də ABŞ-nin Ohayo ştatının Deyton şəhərində yerləşən Türk Eli cəmiyyətinin prezidenti Sarvar İspahi AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsini ziyarət edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən şöbədən daxil olub.

Xəbərdə bildirilir ki, “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, Dos. Faiq Ələkbərli AMEA nəzdində Türk xalqlarının fəlsəfəsi ilə bağlı yeni şöbənin yaranması ilə bağlı qonağı məlumatlandırıb. Görüşdə ümumi Türk fəlsəfəsi və mədəniyyəti ilə yanaşı, Ahıska Türklərinin tarixi, mədəniyyəti və tanınmış ictimai-siyasi xadimləri, mütəfəkkirləri müzakirə olunub. Ahıska Türklərinin mədəniyyət tarixi və tanınmış mütəfəkkirləri ilə bağlı araşdırmalar aparılması haqqında ümumi razılıq əldə olunub. Görüşün sonunda F.Ələkbərli “Azərbaycan Türk fəlsəfəsi və ictimai fikir tarixi (19-20-ci əsrlər)” üç cildliyinin 2-ci cildini, “Turan Uygarlığına Giriş: Turan mefkuresi ve Tanrıcılık” kitablarını S.İspahiyə hədiyyə edib”.

Görüşdə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, Prof. Vüqar Əhməd də iştirak edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.