Press "Enter" to skip to content

Azərbaycan haqqında məlumat verilib

Görüşdən xatirə fotosu

Son yeniləmə: 25 Oktyabr 2024 09:35

Meksikanın tanınmış ali təhsil ocağının tələbələri Azərbaycan səfiri ilə görüşüb

BAYRAQAR MEDİA– Latın Amerikası regionunun və Meksikanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Meksika Milli Muxtar Universitetinin (UNAM – Universidad Nacional Autónoma de México) Siyasi və Sosial Elmlər Fakültəsinin tələbələri Azərbaycanın bu ölkədəki səfiri ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, “səfirlikdə keçirilmiş görüşdə tələbələrə müasir Azərbaycanın keçdiyi tarixi inkişaf yolu, müstəqil Azərbaycan dövlətinin memarı, Ümumilli LiderHeydər Əliyevin məqsədyönlü və düşünülmüş siyasəti sayəsində dövlətimizin quruculuğu istiqamətində atılmış mühüm addımları barədə məlumat verilib. Görüşdə, o cümlədən ölkəmizin ikitərəfli və çoxtərəfli səviyyələrdə əməkdaşlıq əlaqələrinin qurulması, inkişaf etdirilməsi, enerji resurslarının dünya bazarlarına çıxarılması, nəqliyyat infrastrukturunun inkişafı ilə reallaşdırılmış genişmiqyaslı enerji və nəqliyyat layihələri barədə danışılıb. Bu xüsusda, Avropanın enerji təhlükəsizliyində ölkəmizin müstəsna roluna diqqət çəkilərək etibarlı və vacib tərəfdaş olduğu vurğulanıb”.

Məlumata görə, çıxış zamanı M.Talıbov həmçinin, bölgədəki yeni reallıqlardan, Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesindən, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən, mövcud mina təhlükəsindən, məcburi köçkünlərin təhlükəsiz və ləyaqətli şəkildə öz doğma yurdlarına qayıdışının həyata keçirilməsi istiqamətində atılan addımlardan bəhs edib: “Ölkəmizin neft-qaz strategiyası, iqtisadi inkişaf göstəriciləri, Azərbaycanın ev sahibliyi etdiyi mötəbər tədbirlər, BMT-dən sonra ən iri təşkilat olan Qoşulmama Hərəkatına, BMT Təhlükəsizlik Şurası və Türk Dövlətləri Təşkilatı kimi beynəlxalq təsisatlarda uğurlu sədrlik təcrübəsi barədə tələbələri məlumatlandıran səfir M.Talıbov hazırda Azərbaycanın COP29-a ev sahibliyi və görülənfəal hazırlıq işlərindənbəhs edib. COP29 sədrliyi çərçivəsində ölkəmiz tərəfindən irəli sürülən bir sıra təşəbbüslərdən danışan səfir bu təşəbbüslərin məqsədinin iqlim fəaliyyətini irəlilətmək, maraqlı tərəflərin fəal iştirakını təşviq etmək və iqlim dəyişmələri ilə mübarizə ilə bağlı ambisiyaları artırmaq və bu mövzu üzrə fəaliyyətə təkan vermək olduğunu vurğulayıb. Bundan əlavə,çıxışında Meksika ilə Azərbaycan arasındakı ikitərəfli münasibətlərə toxunan M.Talıbov əlaqələrdə artan müsbət dinamikadan söz açıb. Bu xüsusda, son dövrlərdə həyata keçirilən qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. İki ölkə arasında mədəniyyət, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivlərindən söz açılıb. Görüşdə həmçinin, Azərbaycanın bu gün xarici tələbələr üçün yaratdığı təhsil imkanları, o cümlədən təcrübə və təqaüd proqramları barədə geniş məlumat verilib. Tələbələr tərəfindən böyük maraqla qarşılanan təqdimat qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında sual-cavab sessiyası ilə davam etdirilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.