Press "Enter" to skip to content

“ABAD”ın Şuşa və Laçında təqdimatları reallaşdırılıb

Təqdimat zamanı

Son yeniləmə: 25 Oktyabr 2024 13:34

BAYRAQDAR MEDİA – Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ABAD” publik hüquqi şəxsin fəaliyyəti ilə bağlı ölkəmizin işğaldan azad olunmuş ərazilərində yaşayan yerli sakinlər ilə görüşlər davam edir.

Bu barədə BAYRAQDAR MEDİA-ya “ASAN xidmət”dən məlumat verilib.

Bildirilib ki, “bu çərçivədə növbəti görüşlər Şuşa və Laçın şəhərlərində olub. “ABAD”ın direktoru Rüfət Elçiyev tərəfindən qurumun fəaliyyətinə dair təqdimatlar edilib. Sözügedən ərazilərdə biznesin inkişafı üçün dövlət tərəfindən yaradılan geniş imkanlar, vergi güzəştləri və digər dəstək mexanizmləri, həmçinin yeni biznes qurmaq istəyənlər üçün “ABAD”ın təklif etdiyi unikal dəstək proqramı diqqətə çatdırılıb. Təqdimatlar sual-cavab sessiyası ilə yekunlaşıb”.

Məlumata görə, görüşlərdə “ABAD”çı olmaq istəyən sakinlər qeydiyyata alınıblar: “Müvafiq proses ən yaxın zamanda həyata keçiriləcək. Görüşdə Şuşa və Laçın rayonları üzrə xüsusi nümayəndəliyin, İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Turizm Agentliyinin nümayəndələri də iştirak ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.