Son yeniləmə: 24 Oktyabr 2024 13:59
BAYRAQDAR MEDİA – Quba şəhərində Dövlət Vergi Xidmətinin (DVX) 3 saylı Ərazi Vergilər İdarəsinin əhatə dairəsinə daxil olan vergi ödəyiciləri, dövlət təşkilatları və bələdiyyələrin vəzifəli şəxsləri üçün vergidən yayınma hallarına görə məsuliyyət, korrupsiya riskləri və halları ilə mübarizə mövzusunda təlim keçirilib. Təlim “İqtisadiyyat Nazirliyində 2024-cü il üçün korrupsiya risklərinin qiymətləndirilməsi və qarşısının alınması planı”na əsasən reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “DVX-nin Tədris Mərkəzinin şöbə rəisi Nazim Əliyev ölkəmizdə korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən institusional islahatlar, dövlət və bələdiyyə mülkiyyətində olan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərin əməkdaşlarında antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı görülən işlər, korrupsiya riskləri və əməlləri, vergi orqanlarına xas ola biləcək spesifik korrupsiya riskləri barədə məlumat verib”.
Təlim interaktiv şəkildə keçirilib, iştirakçıların sualları cavablandırılıb.
İlk şərhi yaza bilərsiniz