Press "Enter" to skip to content

Şagird təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbirlər

BAYRAQDAR MEDİA – Bakı məktəblərində şagirdlərin təhlükəsizliyinin təmin edilməsi və sağlam mənəvi-psixoloji mühitin formalaşması məqsədilə maarifləndirici tədbirlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, “tədbirlər Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyi” mövzusunda təlimatına əsasən təşkil olunur. Belə ki, təhlükəsizlik tədbirləri ilə bağlı şagirdlərin, valideynlərin maarifləndirilməsi və onların məsuliyyətinin daha da artırılması üçün “Təhlükəsizlik günü” adlı tədbirlər, valideynlərin iştirakı ilə “Şagird təhlükəsizliyi” mövzusunda görüşlər davam edir. Tədbirlərdə ümumi təhsil müəssisələrində əlverişli təlim və inkişaf mühitinin yaradılması, şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, xüsusi hallarla bağlı davranış modellərinin formalaşdırılması sahəsində reallaşdırılan kompleks tədbirlər, həmçinin təlim-tərbiyə prosesinin keyfiyyəti, şagirdlərin şəxsiyyət kimi formalaşdırılması, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin təkmilləşdirilməsindəki rolu barədə geniş məlumatlar verilir”.

Məlumata görə, görüşlərdə “Ümumi təhsil müəssisələrində bullinqlə mübarizəyə dair qaydalar” və “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” da şagird və valideynlərin bir daha nəzərinə çatdırılır: “Bundan başqa, məktəblərdə daha təhlükəsiz mühit yaratmaq, sağlam mənəvi-psixoloji mühitin formalaşması işinə töhfə vermək məqsədilə vaxtaşırı monitorinqlər aparılır, məktəbə giriş və çıxışlara nəzarət gücləndirilir, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında şagirdlər maarifləndirilir”.

Mission News Theme by Compete Themes.