Son yeniləmə: 24 Oktyabr 2024 12:32
Üç qardaş ölkə COP29 çərçivəsində yeni “yaşıl enerji” layihəsinə başlayacaq
BAYRAQDAR MEDİA – Azərbaycan, Qazaxıstan və Özbəkistan COP29 çərçivəsində yeni “yaşıl enerji” layihəsinə başlayacaq.
Bu fikirləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda qardaş ölkənin Respublikası Gününə həsr olunmuş tədbirdəki çıxışı zamanı deyib.
Diplomat qeyd edib ki, COP29 çərçivəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan rəsmi olaraq “yaşıl enerji”nin Azərbaycan vasitəsilə Orta Asiyadan Avropaya nəqlinə yönəlmiş yeni layihənin icrasına başlayacaq.
Alim Bayel bildirib ki, Qazaxıstan COP29-a ev sahibliyi etməkdə Azərbaycanı tam dəstəkləyir və bu tədbirdə fəal iştirak edəcək.