Press "Enter" to skip to content

Əlaqələndirmə qrupunun növbəti iclası keçirilib

İclas zamanı

Son yeniləmə: 24 Oktyabr 2024 09:19

BAYRAQDAR MEDİA – Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “tədbirdə əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli ölkəmizdə biznes mühitinin və rəqabətqabiliyyətli innovativ inkişafın təmin edilməsi istiqamətində reallaşdırılan tədbirlər, əlaqələndirmə qrupunun fəaliyyət istiqamətləri və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov “Qlobal İnnovasiya İndeksi – 2024” hesabatında qeyd olunan göstəricilərin aidiyyəti bəndləri ilə bağlı yaradılmış digər işçi qrupları ilə əlaqəli şəkildə kommunikasiyanın qurulmasının zəruriliyini bildirib”.

Məlumata görə, Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiriVüsal Şıxəliyev “Qlobal İnnovasiya İndeksi” hesabatlarında ölkəmiz üzrə məlumatların sistemləşdirilməsinin metodologiyasına xüsusi diqqət yetirilməsi, müvafiq işçi qruplarının da Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığının zəruriliyini qeyd edib: “İclasda əlaqələndirmə qrupunda təmsil olunan qurumlar tərəfindən ötən il ərzində görülmüş işlər, “Qlobal İnnovasiya İndeksi – 2024” hesabatında Azərbaycan üzrə göstəricilər və ümumi koordinasiya imkanlarının araşdırılması məsələləri müzakirə olunub. Sonda Əlaqələndirmə qrupunun üzvlərinin və iclasa dəvət olunan digər aidiyyəti işçi qrupların nümayəndələrinin sualları cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.