Press "Enter" to skip to content

Xalq artisti qəzetdən plaş geyindi – VİDEO

Tünzalə Ağayeva

Son yeniləmə: 23 Oktyabr 2024 19:35

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayevanın şəxsi “İnstagram” hesabında etdiyi sonuncu paylaşım böyük müzakirələrə səbəb olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

O, bildirib ki, pop ulduz bu dəfə qəzətdən hazırlanan plaşla kamera qarşısısına keçib: “O, bu addımı ilə media nümayəndələrinə öz təşəkkürünü bildirib. Estrada ulduzu paylaşımına: “24 illik sənət və yaradıcılığım haqqında yazılanları artıq trençimin üzərində daşıyacağam. Bu jurnalist dostlarıma vəfa ve sevgi jesti olsun” deyə qeyd edib”.

Məlumata görə, layihənin baş prodüseri Yalçın Cabbarov, ideya isə dizayner Lali Rüstəmovaya məxsusdur. Saç va makiyaj stilist Sabir Bağırova, styling isə Şamxal Ramazanlıya aiddir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.