Son yeniləmə: 23 Oktyabr 2024 11:16
BAYRAQDAR MEDİA – Ümumi təhsil müəssisələrində şagird təhlükəsizliyinin gücləndirilməsi və daxili nizam-intizam qaydalarına əməl olunmasına nəzarətin artırılması məqsədilə aparılan monitorinqlər çərçivəsində növbəti görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, “paytaxtdakı 188 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsi, Sabunçu rayon Polis İdarəsi, “Məktəblinin dostu” layihəsinin əməkdaşları, məktəbin rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər. Monitorinqlər çərçivəsində məktəblilərin “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları”na əməl etməsi vəziyyəti müşahidə olunub, məktəbə gətirilməsi qadağan olunan əşya və ləvazimatlar haqqında maarifləndirmə işi aparılıb, həmçinin dərsə davamiyyət, məktəbli formalarından istifadənin zəruriliyi və digər müvafiq məsələlərlə bağlı tövsiyələr verilib. Monitorinq zamanı aşkara çıxarılan nöqsanları doğuran səbəblər müzakirə olunub və həlli yolları məktəb rəhbərliyinin nəzərinə çatdırılıb”.
Daha sonra yuxarı sinif şagirdləri üçün “Narkomaniyaya qarşı mübarizə” mövzusunda təqdimat nümayiş etdirilib.
İlk şərhi yaza bilərsiniz