QHT-lərə Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir
BAYRAQDAR MEDİA – Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2025-ci il üzrə kiçik, orta və böyük qrant müsabiqələrini elan edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya Agentlikdən məlumat verilib.
Məlumatda bildirilib ki, “hər 3 müsabiqə üzrə QHT-lərin layihə təkliflərinə dair sənədlərin qəbuluna 2024-cü il noyabrın 25-də başlanacaq. Müraciət üçün son tarix 25 dekabr 2024-cü ildir. Bundan sonra QHT-lərdən toplanmış layihə təkliflərinə dair sənədlərin ekspertizası aparılacaq, layihələr təhlil ediləcək və qaliblər müəyyənləşdiriləcək. Müsabiqənin nəticələri 2025-ci ilin I rübü ərzində elan olunacaq”.
Müsabiqənin şərtləri ilə bu linkdə tanış olmaq olar.
İlk şərhi yaza bilərsiniz