Press "Enter" to skip to content

 Laodikyada türk izləri

 Laodikya

Son yeniləmə: 23 Oktyabr 2024 11:04

BAYRAQDAR MEDİA – Pamukkale Universiteti Arxeologiya Bölməsinin başçısı Prof. Dr. Celal Şimşek sosial mediada verdiyi açıqlamada maraqlı məqama toxunub. O, qazıntılar zamanı XIII əsrin əvvəllərində bölgəyə gələn köçərilərin çadır qurduğu ərazilərin müəyyən edildiyini açıqlayıb: “Bu kəşf Denizli və ətrafının tarixi keçmişinə işıq salacaq mühüm məlumatlar verir. Aşkar edilmiş çadır sahələrində bölgənin türkləşmə prosesi zamanı köçəri türk tayfalarının məskunlaşmasının izləri var. Bu tapıntılar Laodikiyanın təkcə qədim bir şəhər olmadığını, eyni zamanda müxtəlif dövrlərdə fərqli mədəniyyətlərə ev sahibliyi etdiyini ortaya qoyur”.

Məlumatı denizli24haber.com saytı yayıb.

Məlumata görə, Prof. Dr. Celal Şimşek, sosial mediadakı fotoşəkillərlə birlikdə, “Nazirliyimizin Gələcəyə Miras Proqramı çərçivəsində Laodikiyada qazıntılar davam edir. Qazıntılar zamanı köçərilərin qurduqları çadır sahələrinin müəyyən edilməsi XIII əsrin əvvəllərində bölgənin türkləşməsini göstərir” deyə paylaşım edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.