BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin oktyabrın 23-ü səhər saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, Lənkəran-Astara bölgəsində yağıntılı, qeyri-sabit hava şəraiti davam edib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağışlar nəticəsində düşən yağıntının miqdarı Astarada 64 mm, Lənkəranda 53 mm, Lerikdə 50 mm, Yardımlı 40 mm təşkil edir. Lerikin yüksək dağlıq ərazilərinə isə qar yağıb, əmələ gələn qar örtüyünün hündürlüyü 17 sm olub. Lənkəran-Astara bölgəsində müşahidə olunan yağıntılı hava şəraitinin oktyabrın 23-ü axşamadək davam edəcəyi gözlənilir”.