Son yeniləmə: 23 Oktyabr 2024 14:32
BAYRAQDAR MEDİA – Eskişehirdə yaşayan balıqçı Osman Özcan və dostu Ersin Aslan Bilecikdəki Pelitözü Gölparkında 27 kiloqram ağırlığında pullu sazan tutublar.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “Eskişehir Balıqçılar və Təbii Həyatı Qoruma Dərnəyinin (ESBALDER) üzvü O.Özcan, bu uğurlu ov üçün təxminən 5 gün gölməçədə qaldıqlarını deyib. O, tutulan balığın 30 yaşında olduğunu və daha əvvəl tutulmadığını vurğulayıb”.
Məlumata görə, O.Özcan balığı təbiətə buraxdıqlarını və bu çəkinin Türkiyədə rekord ola biləcəyini bildirib.