BAYRAQDAR MEDİA – Oktyabrın 24-ü saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) növbəti “Azərbaycan Milli İncəsənət Muzeyinin tikmə inciləri” adlı mühazirə olacaq.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Muzeyin Fond şöbəsinin Tikmə bölməsinin müdiri Könül Zeynalova tərəfindən təqdim olunacaq mühazirədə müxtəlif ənənəvi texnikalarda işlənmiş milli tikmə nümunələri, eləcə də muzeyin kolleksiyasına daxil olan bir sıra Şərq və Qərb ölkələrinə məxsus tikmələrdən bəhs ediləcək”.