Son yeniləmə: 22 Oktyabr 2024 07:50
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) siyasi bürosu oktyabrın 21-də Kərkükdə keçirilən toplantıda Yavuz Həmid Mahmudun partiya üzvlüyündən xaric edilməsinə qərar verib.
Bu barədə TükmeneliTV məlumat yayıb.
Bildirilib ki, “iclasa İraq Türkmən Cəbhəsinin sədri Həsən Turan sədrlik edib. İclas İraq və Türkmən şəhidləri üçün oxunan Fatihə ilə başlayıb”.
Məlumata görə iclasın mühüm gündəm məsələlərindən biri Yavuz Həmid Mahmudun Kərkük valisinin müavini vəzifəsinə namizədliyi olub: “Mahmudun İraq Türkmən Cəbhəsi rəhbərliyinin xəbəri olmadan bu vəzifəyə can atması Türkmən Cəbhəsinin prinsip və məqsədlərinə zidd olduğu üzə çıxıb. Partiyadaxili intizam komitəsinin tövsiyələrinə uyğun olaraq Mahmudun qəti şəkildə partiyadan xaric edilməsi qərara alınıb”.