Son yeniləmə: 22 Oktyabr 2024 11:55
BAYRAQDAR MEDİA – “Jurnalistlərin İqtisadi Araşdırmalarının Təhlili” İctimai Birliyi “Məktəblilərin sahibkarlıq haqqında təsəvvürlərinin genişləndirilməsi” adlı layihənin icrasını davam etdirir.
Bu barədə İctimai Birlikdən məlumat verilib.
İctimai Birliyin sədri Seymur Əzəmmədov bildirib ki, layihənin məqsədi təhsildə iqtisadi biliklərin artırılması, dünya və milli iqtisadiyyatla bağlı geniş biliklərin verilməsi və azad rəqabət şəraitində işləməyi bacaran sahibkarların yetişdirilməsidir: “Bunun üçün əsas vəzifəmiz onların bilik və bacarıqlarının təlimlər vasitəsilə artırmaqdan ibarətdir. Layihə çərçivəsində Balakən və Zaqatala rayonlarında şagirdlərə 6 təlim keçirildi. Təlimlərdə təlimçi layihənin aktuallığı, məqsəd və vəzifələri haqqında geniş məlumat verdi. Sonda hər bir tədbir iştirakçısına layihə çərçivəsində nəşr edilmiş kitabçalar və dəftərxana ləvazimatları paylanıldı”.
Qeyd edilib ki, oktyabrın 31-dək davam edəcək layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.
İlk şərhi yaza bilərsiniz