BAYRAQDAR MEDİA – Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, hazırda ölkə ərazisinin əksər bölgələrində yağıntılı hava şəraitində fasilə yaranıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “o qeyd edib ki, hazırda yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında, Qobustan, Oğuz, Şəki, Qəbələ, İsmayıllıda müşahidə olunur, arabir qısamüddətli leysan xarakterli yağış yağır. Müşahidə olunan yağıntılı hava şəraiti bu gün günün ikinci yarısından Bakıda və Abşeron yarımadasında, axşam isə qərb rayonlarından başlayaraq əksər rayonlarda tədricən kəsiləcək”.