Son yeniləmə: 22 Oktyabr 2024 07:50
BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 20-də, parlament seçkilərinə bir həftə qalmış ölkə üzrə 13-ü kənd olmaqla 15 yerdə qismən yerli seçkilər keçirilib.
Bu barədə Radio Bolqarıstan xəbər verib.
Bildirilib ki, “Bələdiyyə Seçki Komissiyasının sədri Nelis Rəcəb DPS “Novo Naçalo” partiyasından Cüneyt Yonuzovun Omurtağ bələdiyyəsinin yeni sədri seçildiyini açıqlayıb”.
Məlumata görə, Bolqarıstanın ən böyük kəndi olan və Sofiya yaxınlığında yerləşən Lozen kəndinin muxtarı GERB-SDS-dən olan Eng. Vasil Stançev seçilib: “Həmçinin, DPS “Novo Naçalo” partiyasından Halil Osman Venets bələdiyyəsinin Yasenkovo kəndində, GERB-dən Veselina Buntova Hisaryanın Novo Jelezare kəndinin muxtarı seçilib”.