Son yeniləmə: 22 Oktyabr 2024 14:49
BAYRAQDAR MEDİA – Doğu Akdeniz Universitetində (DAÜ) 2024-2025-ci tədris ili üçün Beynəlxalq Tələbə Birliklərinə sədr seçkiləri keçirilib.
Kıbrıs Postası xəbər verir ki, seçkilərin nəticələri açıqlandıqdan sonra keçirilən təqdimat iclasında seçilmiş sədrlərlə görüş keçirilib: “Sözügedən görüşdə DAU-nun tanıtım və korporativ kommunikasiyalar üzrə prorektoru prof. Dr. Ali Öztüren də iştirak edib. Yığıncağın açılış nitqi ilə çıxış edən Beynəlxalq Tələbə Fəaliyyətləri və Tələbə Dərnəkləri Bölməsinin əməkdaşı Cemre Mühendislikoğlu yeni təyin seçilən sədrləri təbrik edib.
Məlumata görə, bu seçkilər çərçivəsində 40 fərqli ölkədən seçilən sədrlər ilk günündə universitet rəhbərliyi ilə görüşmək imkanı əldə ediblər: “Yığıncaqda DAÜ Vizual Media İşləri Koordinatoru Mütəxəssisi Şevket Serkan Şen də iştirak edib. O, tələbələrlə görüşüb söhbət edib”.
İlk şərhi yaza bilərsiniz