Press "Enter" to skip to content

17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

Son yeniləmə: 22 Oktyabr 2024 14:44

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində ötən dövrdə 17 mindən çox şəxs üçün kiçik bizneslər yaradılıb.

Bu barədə Nazirlikdən məlumat verilib.

Bildirilib ki, “özünüməşğulluq proqramının genişləndirilməsində mühüm dəstək olan Layihə əlilliyi olan şəxslər, şəhid ailəsi üzvləri, aztəminatlı ailələrin üzvləri və digər həssas qruplara aid işsiz şəxslərin istehsal və xidmət sahələri üzrə kiçik biznesə çıxışına imkan yaradır. 2020-2025-ci illəri əhatə edən, 22 min işsiz şəxsi əhatə etməsi nəzərdə tutulan Layihənin uğurlu icrasının nəticəsi olaraq, 2025-ci ilin sonunadək 25 mindən çox benefisiarın bu Layihəyə cəlb edilməsi hədəflənir”.

Məlumata görə, layihə iştirakçıları üçün Beynəlxalq Əmək Təşkilatının “Öz biznesini başlat və təkmilləşdir” proqramı üzrə təlimlər də təşkil olunur: “Onlara maliyyə savadlılığı, proaktiv sahibkarlıq təfəkkürünün formalaşdırılması, kiçik biznesin təşkili və s. üzrə bilik və bacarıqlar aşılanır. Layihə üzrə kiçik biznesini quraraq uğurla inkişaf etdirən şəxslər bizneslərinin genişləndirmək üçün həvəsləndirmə mükafatları olaraq əlavə dəstəklə də təmin olunurlar. “Məşğulluğa Dəstək Layihəsi” üzrə görülən işlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin təzahürü kimi, bu il Layihə Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidentinin 2024-cü il üzrə mükafatı ilə təltif olunub”.

Mission News Theme by Compete Themes.