Press "Enter" to skip to content

Xalq artistinin özünə doğum günü hədiyyəsi – VİDEO

Tünzalə Ağayeva

Son yeniləmə: 21 Oktyabr 2024 10:42

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva “Zalım” adlı yeni layihəsini təqdim edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

Bildirilib ki, “pop ulduzun yeni klipi işıq üzü görüb. Ekran işinin rejissoru fashion fotoqraf Röyal Səfərovdur. Mahnının söz və musiqisi bəstəkar Camal Qurbanova, aranjemanı isə Emin Karimova məxsusdur. Estrada ulduzunun klipdəki stylingi geyim üzrə mütəxəssis Elnarə de Birbuetə, makiyajı və saç düzümü isə stilist Sabir Bağırova aiddir”.

Məlumatda, həmçinin “sevilən müğənni bu layihəsində də tanınmış gitara ifaçısı, ustad Rəhman Məmmədli ilə birgə çalışıb. Layihənin prodüseri isə Yalçın Cabbarovdur. Qeyd edək ki, klip Xalq artistinin doğum günü ərəfəsində təqim olunub. Pop ulduz həmin layihəni özünə ad gününə hədiyyə edib. “Zalım” layihəsi Xalq artistinin şəxsi “Youtube” səhifəsində, eyni zamanda bütün digital platformalarda paylaşılıb” deyə əlavə edilib.

Mission News Theme by Compete Themes.