Son yeniləmə: 21 Oktyabr 2024 10:41
BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-sentyabr aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 78 min 417 vahid və ya 3,91 faiz artaraq 2 087 825 vahid təşkil edib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 12 min 715, fiziki şəxslər üzrə 57 min 45, torpaq mülkiyyətçiləri üzrə isə 8 min 657 vahid artıb.