Press "Enter" to skip to content

Nüfuzlu nəşrdən “Daşkəsən dəmir filizi” layihəsinə xüsusi diqqət

Son yeniləmə: 21 Oktyabr 2024 12:32

BAYRAQDAR MEDİA – Böyük Britaniyanın nüfuzlu “MiningJournal” nəşrinin onlayn resurslarında – “mining-journal.com” və “miningnews.net” veb-səhifələrində “AzerGold” QSC-nin törəmə şirkəti – “Daşkəsən Dəmir Filiz” MMC-nin icra etdiyi “Daşkəsən dəmir filizi” layihəsi ilə bağlı geniş məqalə dərc edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya “AzerGold” QSC-dən məlumat verilib.

Məlumata görə, məqalədə Güney Qafqazın ən böyük qara metal filizi yataqları kompleksi olan “Daşkəsən” dəmir filizi sahəsinin yenidən istismara verilməsi, mütərəqqi beynəlxalq təcrübə və müasir texnoloji həllərlə dəmir istehsalı zəncirinin yaradılması istiqamətində həyata keçirilən fəaliyyətdən bəhs olunub: “Qeyd edilib ki, mədən şirkəti ixracyönümlü polad məhsullarının hazırlanması üçün yüksək keyfiyyətli xammala artan tələbatın ödənilməsiməqsədilə ilkin mərhələdə dəmir konsentratının istehsalı üçün Zənginləşdirmə zavodunun inşasını planlaşdırır. Növbəti mərhələdə zənginləşdirilmiş konsentratdan xammal qismində mexaniki və kimyəvi uyğunluğun təmin edilməsi üçün aralıq məhsul olan pellet istehsalı infrastrukturu – Pellet zavodu qurulacaq. Daha sonra pelletson məhsul olaraq 95% dəmir tərkibli isti briketləşdirilmiş dəmirin (HBI – HotBriquettedIron) istehsalı üçün inşa ediləcək HBI zavoduna yönəldiləcək”.

Məqalədə, həmçinin zavodların layihələndirmə mərhələsindən başlayaraq müasir ekoloji tələblərə uyğunluğunun təmin edilməsi məqsədilə qlobal tendensiyalarınnəzərə alındığı qeyd olunub: “İstehsal zəncirinin son halqası olan HBI texnologiyasının klassik yanaşma ilə müqayisədə karbon qazı emissiyasının 60%-dək azaldılmasına imkan yaratdığı,bu texnologiyanın gələcəkdə istehsal prosesində hidrogenə keçid edilməsinə, beləliklə “yaşıl” texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan yaradacağı diqqətə çatdırılıb. Bununla “Daşkəsən dəmir filizi” layihəsi çərçivəsində zavodların ekoloji statusunun möhkəmləndiriləcəyi vurğulanıb. Məqalədə layihənin böyük iqtisadi və sosial əhəmiyyəti fonunda xarici investorlar tərəfindən ciddi maraq göstərildiyi, “Daşkəsən” dəmir filizi yataqlarının istismara verilməsinin Gəncə-Daşkəsən iqtisadi rayonunda məşğulluq indeksinə müsbət təsir göstərəcəyi, minlərlə daimi iş yerinin yaradılacağı qeyd olunub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.