Press "Enter" to skip to content

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis edib

Görüş zamanı

Son yeniləmə: 21 Oktyabr 2024 10:23

BAYRAQDAR MEDİA – Azərbaycanın bölgələrinə xüsusi diqqəti ilə seçilən ən sərfəli mobil operator “Nar” Gəncə şəhərində mobil rabitə laboratoriyası təsis edib.

BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, laboratoriya Azərbaycan Texnologiya Universiteti ilə əməkdaşlıq çərçivəsində universitetin nəzdində yaradılıb.

Bildirilib ki, “mobil rabitə laboratoriyası ATU-nun texniki peşələr üzrə təhsil alan tələbələrin mobil rabitə texnologiyalarını təcrübədə öyrənmələrini təmin edəcək. Eləcə də, tələbələrin işini asanlaşdırmaq üçün laboratoriya noutbuk və digər zəruri avadanlıqlarla təchiz edilib”

Laboratoriyanın açılışı zamanı “Nar”ın (Azerfon MMC) baş icraçı direktoru Qunnar Panke bildirib: “Bu laboratoriya “Nar” olaraq, bölgələri diqqətdə saxlamağımızın növbəti nümunəsidir. Texnoloji tərəqqi iləayaqlaşan biznes olaraq, bölgələrdə azərbaycanlı rabitə mütəxəssisləriniyetişdirmək “Nar”ın ölkənin rabitə sahəsinə yatırımıdır”.

Azərbaycan Texnologiya Universitetinin rektor vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov “Nar”a təşəkkürünü bildirib: “Universitetimiz qarşısına əsl mütəxəssislər hazırlamağı hədəf qoyub və bu hədəfə nail olmaq üçün “Nar”ın öz zəngin təcrübəsini bizimlə paylaşmağı çox vacibdir. Özəl bizneslərin bu dəstəyi sayəsində tələbələrimiz universitetimizi ixtisaslarının peşəkarları olaraq bitirəcəklər”.

Qeyd edək ki, ölkədə yerli İT mütəxəssislərini hazırlamaq məqsədilə, mobil operator “Nar” Azərbaycan Texniki Universiteti (Bakı) və Azərbaycan Texnologiya Universiteti (Gəncə) ilə tərəfdaşlıq edir. Bu tərəfdaşlıq sayəsində artıq hər iki univeristetdə “Nar” mobil rabitə laboratoriyası fəaliyyət göstərir.

Mission News Theme by Compete Themes.