Press "Enter" to skip to content

Molla rejimindən Güney Azərbaycanlılara 75 il həbs

İstibdad davam edir!

BAYRAQDAR MEDİA – Güney Azərbaycan fəallarının məhkəməsi Evin həbsxanasında 8 ay qeyri-müəyyən saxlanılmadan sonra, 17 Oktyabr 2024 çərşənbə günü Tehran İnqilab Məhkəməsinin 15-ci şöbəsində hakim Səlvatinin sədrliyi ilə keçirilib.

Xəbəri “Araz News” Telegram kanalı yayıb.

Bildirilir ki, “məhkəmədə Güney Azərbaycan fəalları “daxili təhlükəsizliyə qarşı cinayət törətmək üçün birləşmə” və “İran İslam Respublikası quruluşuna qarşı təbliğat” ittihamları ilə ümumilikdə 75 il həbs cəzasına” məhkum edilib.

Qeyd edilir ki, “İnqilab Məhkəməsi tərəfindən verilən hökmlərə əsasən, Hüseyn Piri 5 il, Əbdüləziz Əzimi Qədim 6 il, Araz Aman, Baqir Hacızadə və Ayaz Seyfxah hər biri 13 il, Kamal Nuri 3 il, Tahir Nəqəvi 6 il, Mürtəza Pərvin 6 il, Salar Tahirəfşar 5 il və Vədud Əsədi 4 il 6 ay həbs cəzasına” məhkum edilib.

“Bu hökmlər o halda verilib ki, Səid Minayi və Aydin Məhəmmədinin hökmləri hələ də məhkəmə tərəfindən elan edilməyib”, – deyə xəbərdə bildirilir.

“Güney Azərbaycan fəalları 1402-ci il Bəhmən ayının 16 və 17-də (5-6 Fevral 2024) İran İslam Respublikasının təhlükəsizlik qüvvələri tərəfindən Güney Azərbaycanın müxtəlif şəhərlərində həbs edilərək Tehranın Evin həbsxanasının təhlükəsizlik bölməsinə köçürülmüşdülər.” Xəbərdə belə deyilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.