Press "Enter" to skip to content

Məktəblərdə oktyabrın 28-i dərs olmayacaq

Bolqarıstan parlamenti

Son yeniləmə: 21 Oktyabr 2024 10:24

BAYRAQDAR MEDİA – Bolqarıstanda oktyabrın 28-i növbədənkənar parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə hazırlıq tamamlanmaq üzrədir.

Ötən həftə isə bəlli olub ki, oktyabrın 28-də Bolqarıstanda seçki məntəqələrinin yerləşdiyi məktəblərdə dərs keçirilməyəcək və şagirdlərə istirahət günü veriləcək.

Bu barədə Radio Bolqarıstan məlumat yayıb.

Bildirilib ki, təhsil və elm naziri Qalin Tsokov sərəncamı imzalayaraq deyib: “Xalq Məclisinə seçkilərin ertəsi günü seçki məntəqələri yerləşən məktəblərdə dərslər üçün istirahət günü elan ediləcək. Sinif otaqlarının təşkili, maşınların çıxarılması və kurs prosesinin başlanması üçün texnoloji vaxt tələb olunduğundan, bazar ertəsi həmin məktəblərdə dərslər keçirilməyəcək”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.