Press "Enter" to skip to content

Kolleclərdə monitorinqlər

Monitorinq zamanı

BAYRAQDAR MEDİA – Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi (EATDA) tərəfindən orta ixtisas təhsil müəssisələrində keçirilən monitorinqlər çərçivəsində Agentliyin Hüquq və insan resursları sektorunun müdiri Siyavuş Əhmədzadə oktyabrın 18-də Göyçay Dövlət İdarəetmə və Texnologiya Kolleci və Ağdaş Dövlət Humanitar Kollecində olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya EATDA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, ”monitorinq zamanı müəllim və tələbə heyəti ilə görüş keçirilib və kolleclərin fəaliyyəti barədə müzakirələr aparılıb. Eyni zamanda, tələbə və müəllimlərin problemləri, şikayət və təklifləri dinlənilib, ayrı-ayrı qruplar üzrə tələbələrin dərslərə hazırlıq səviyyəsi yoxlanılıb”.

Mission News Theme by Compete Themes.