BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də Qənirə Paşayevanın “Addım-addım Özbəkistan” kitabıdır.
Nəşrin giriş hissəsində deyilir: “Bu kitab Türk dünyasının birliyi və güclənməsi üçün çalışmış böyük şəxsiyyətlərimizin ruhuna ehtiram, bu gün də eyni amal uğrunda fədakarlıq göstərən aydınlarımıza şükranlığımızın ifadəsidir.
Əsər maraqlı üsluba və süjet xəttinə malik olub, oxucunu ara vermədən, kitabı başdan-sonadək oxumağa, könlünü, gözünü doyurmağa “vadar edir”.
İndiyədək müxtəlif səpkili kitablarla oxucu qəlbinə yol tapmış Q.Paşayevanın kitabları içində türk dünyası əsərləri özəl yerə sahibdir. Bu kitabın da “Türk dünyası kitabxanası”nda öz haqq etdiyi yeri alacağına, türkoloqların, gənclərin, qardaş ölkəyə səfərə gedənlərin, ümumən qardaş ölkə (bütövlükdə, Türk dünyası) haqqında maraqlanan, öyrənən və öyrədən hər kəs üçün diqqət çəkici olacağına inanırıq”.
2021-ci ildə nəşr edilmiş kitabın redaktorları publisist, şair Əkbər Qoşalı, “Ədəbiyyat” qəzetinin şöbə müdiri Sərvaz Hüseynoğlu, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin əməkdaşı, tərcüməçi-şair Şəhla Qasımova, məsləhətçiləri Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Hüseyn Quliyev, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, “Kitab dünyası” qəzetinin baş redaktoru Xasiyyət Rüstəm, nəşrə məsul Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova, koordinator Dünya Gənc Türk Yazarlar Birliyi başqanı İntiqam Yaşardır.
İlk şərhi yaza bilərsiniz