Press "Enter" to skip to content

FHN köməksiz vəziyyətdə qalan şəxsi xilas edib

Xilasetmə

BAYRAQDAR MEDİA – Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Salyan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya FHN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar. Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində vətəndaşa müvafiq köməklik göstərilib”.

Mission News Theme by Compete Themes.