Press "Enter" to skip to content

DİM-dən qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərə müraciət

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 21 Oktyabr 2024 13:19

BAYRAQDAR MEDİA – Oktyabrın 27-də Dövlət İmtahan Mərkəzi (DİM) qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahan keçirəcək.

Bu barədə DİM-in məlumatında qeyd edilib.

Bildirilib ki, “imtahan verəcək şəxslər buraxılış vərəqəsini DİM-in saytından çap edə bilərlər. Namizəd imtahana gələrkən şəxsiyyətini təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidir. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa, namizəd imtahana buraxılmayacaq”.

Mission News Theme by Compete Themes.