Press "Enter" to skip to content

Qazaxıstan vətəndaşlığı üçün yeni meyarlar

Astana

Son yeniləmə: 18 Oktyabr 2024 09:10

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev 2024-cü il mayın 16-da Qazaxıstan vətəndaşlığının alınmasını çətinləşdirən qanuna dəyişiklikləri imzalayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “imzalanmış qanuna əsasən Qazaxıstan vətəndaşlığını almaq istəyənlər qazax türkcəsi, tarix və konstitusiya biliklərini əhatə edən imtahan verməlidirlər. Dəyişikliklər həm də şəxsin vətəndaşlıq almasını qadağan edən meyarları əks etdirir”.

Məlumata görə, Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi Qazaxıstan vətəndaşlığını almaq istəyənlər üçün ixtisas ballarını açıqlayıb: “Yeni təsdiq edilmiş qaydalara əsasən, müəyyən edilmiş imtahanda fənlərə uyğun olaraq aşağıdakı ballar toplanmalıdır: Qazax dili biliyi üzrə ən azı 36 bal, Konstitusiyanın əsaslarından ən azı 9 bal, Qazaxıstan tarixindən ən azı 15 bal. Qazaxıstan Daxili İşlər Nazirliyi bu dəyişikliklərin dünya təcrübəsinə uyğun olduğunu qeyd edib”.

Xəbərdə xatırladılır ki, 2023-cü ilin sonunda Qazaxıstan hökuməti 2023-2029-cu illər üçün Dil Siyasətinin İnkişaf Konsepsiyasını təsdiqlədi və qazax dilinin istifadəsini artırmaq üçün tədbirlər gördü: “Konsepsiya, qazax türkcəsinin gündəlik istifadəsini əhəmiyyətli dərəcədə genişləndirməyi hədəfləyən 2025-ci ilə qədər Qazaxıstanda televiziya və radio məzmununun ən azı 55 faizinin qazax dilində olmasını tələb edən bir müddəanı ehtiva edirdi”.

Mission News Theme by Compete Themes.