Son yeniləmə: 18 Oktyabr 2024 09:09
Yavuz Ağıralioğlunun quracağı partiyanın Denizli İl sədri bəlli olub
BAYRAQDAR MEDİA – İYİ Partidən istefa verərək yeni partiya quracağını açıqlayan Yavuz Ağıralioğlunun quracağı partiyanın Denizli Qurucu İl sədri bəlli olub. Oktyabrın 29-da adı açıqlanacaq partiyanın Qurucu İl Başçısı Demet Özkan Değirmenci oldu.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, Ö.Değirmenci sosial media hesabından açıqlama verib.
Açıqlamada “Vətən sevgisi ilə millətimizin ümidi olaraq yola çıxan sədrimiz Yavuz Ağıralioğlu tərəfindən qurulacaq partiyanın Denizli Qurucu İl başçılığı vəzifəsi mənə həvalə olunub. Bu mübarək yolda məsuliyyəti üzərimə götürmək, ölkəmizin daha gözəl gələcəyi naminə türk qadınlarının qüdrətini, nəcibliyini bir daha göstərmək imkanı verən hörmətli sədrimizə və partiyamızın bütün qurucularına təşəkkürümü bildirirəm”.
Yeni partiyanın adının oktyabrın 29-da açıqlanacağı öyrənilib.