Press "Enter" to skip to content

Növbəti tibbi müayinələr təşkil edilib

Müayinə zamanı

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunan ərazilərdə səyyar müayinələr və sağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyaları davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “bu tədbirlərin başlıca məqsədi müxtəlif xəstəliklərin aşkarlanması ilə bağlı əhalinin kompleks müayinələrinin aparılması, tibbi konsultasiyaların verilməsi və sağlamlıq məmnunluğunun təmin edilməsinə əlavə töhfə verməkdən ibarətdir. Növbəti belə tədbir oktyabrın 18-də Nazirliyin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun tibb heyəti tərəfindən Füzuli şəhərində keçirilib”.

Sonra xəbərdə qeyd olunur ki, “aksiyanın məqsədi Füzuli rayonunda yaşayan vətəndaşların sağlamlıq vəziyyətinin qiymətləndirilməsi, onlarda zədələrin, qırıq və çıxıqların diaqnostikası və aşkarlanması, travmalar nəticəsində yaranan problemlərin aradan qaldırılması üçün dərhal tibbi müdaxilə və müalicə tədbirlərinin təmin edilməsidir. Bundan əlavə aksiya, posttravmatik reabilitasiya proqramlarının tətbiqi ilə vətəndaşların funksional imkanlarının bərpa olunması və həyat keyfiyyətinin artırılması, əhalinin travmatoloji zədələrdən qorunması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi və gələcəkdə belə problemlərin qarşısının alınması məqsədini daşıyır”.

Həmçinin xəbərdə, “müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub. Bundan əlavə, onurğa, sinir, dayaq-hərəkət sistemi, bütün növ travmatoloji və ortopedik xəstəliklərin diaqnostikası aparılıb. Sözügedən İnstitutun həkimləri tədbir iştirakçılarına sağlamlıqlarının tez və effektiv şəkildə bərpasına nail olmaq üçün öz tövsiyələrini veriblər. Aksiya zamanı 100-ə yaxın vətəndaş müayinələrdən keçirilib” deyə bildirilir.

Qeyd edək ki, SN tərəfindən işğaldan azad olunan digər ərazilərdə də davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.