Press "Enter" to skip to content

Kuzey Kıbrıs Türk Cümhuriyyətindən qonaqlar MEK-də

Qonaqlarla xatirə şəkli

BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Arkın Yaradıcı Sənətlər və Dizayn Universitetinin professoru, doktor Latife Summerer Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd edilir ki, “MEK-in direktoru Dos. Hüseyn Hüseynov alimi kitabxanada görməkdən məmnunluğunu vurğulayıb. Direktor MEK-in tarixi, kitabxana fondunun elektronlaşdırılması, burada həyata keçirilən son layihələr haqqında məlumat verib, həmçinin xarici kitabxanalar, qurumlar ilə qarşılıqlı əməkdaşlıqdan danışıb”.

Görüş çərçivəsində MEK rəhbəri Kuzey Kıbrıs Türk Cümhuriyyətinin təhsil naziri Nazim Çavuşoğlunun iştirakı ilə MEK-də yaradılan “Kuzey Kıbrıs Türk Cümhuriyyəti” diplomatik guşəsinin açılışından danışıb və guşə barədə ətraflı məlumat verib.

Alim MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev və elmi katib Şəbnəm Rüstəmovanın müşayiəti ilə kitabxana ilə yaxından tanış olub.

Qonaq Azərbaycan dövləti tərəfindən kitabxanada yaradılan şəraitdən məmnunluğunu bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.