Press "Enter" to skip to content

Kitab tanıtma: “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix”

Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix

Son yeniləmə: 18 Oktyabr 2024 13:11

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) müxtəlif mövzulu nəşrlər arasında Nazim Mustafa, Araz Qurbanov, Elşad Əlilinin müəllifi olduqları “Erməni saxtakarlığı. Yalan üzərində qurulan tarix” kitabı da yer alır.

Kitab Ermənistan tarixşünaslığı və etnoqrafiyası tərəfindən region xalqlarına aid tarixi gerçəkliklərin total şəkildə təhrif olunmasına, onların maddi-mədəni irs nümunələrinin mənimsənilməsi səylərinə və bu fəaliyyət arxasında gizlənən etnosiyasi məqsədlərin ifşasına həsr edilib.

Nəşrdə “Oğurlanmış dövlətçilik”, “Dvin şəhəri ermənilərin qədim paytaxtıdır”, “Arsakilər etnik erməni olmuşlar”, “Ermənilər rusların əbədi sədaqətli dostlarıdır” və s. başlıqlarda yazılar yer alır.

Qeyd edək ki, 2018-ci ildə nəşr edilmiş və geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın elmi məsləhətçisi Nazirlər Kabineti Aparatı Humanitar məsələlər şöbəsinin müdiri Ərəstü Həbibbəyli, redaktoru İlqar Məmmədli, dizayneri isə İntiqam Məhəmmədlidir.

Mission News Theme by Compete Themes.