Press "Enter" to skip to content

G7-nin müdafiə nazirlərinin toplantısı mühüm önəm kəsb edir

Dr. Yücel Karauz

Son yeniləmə: 18 Oktyabr 2024 09:08

Dr. Yücel Karauz: Dünya düzənində cərəyan edən son proseslər ölkələri və təşkilatları müdafiə tədbirləri görməyə məcbur edir

BAYRAQDAR MEDİA – “Dünya düzənində cərəyan edən son proseslər ölkələri və təşkilatları müdafiə tədbirləri görməyə məcbur edir. Bu baxımdan təkcə hərbi deyil, həm də siyasi birliklər də fəallıq göstərirlər”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.

Onun sözlərinə görə, İtaliyanın sədrliyi ilə oktyabrın 18-20-də Neapolda keçiriləcək G7-nin müdafiə nazirlərinin toplantısı da mühüm önəm kəsb edir: “Əvvəla ona görə ki, bu sammit NATO müdafiə nazirlərinin görüşündən həmən sonra keçiriləcək. Digər tərəfdən isə sammitə tərəfdaş qismində Yaponiya ilə yanaşı Asiya-Sakit Okean regionundan Avstraliya, Yeni Zelandiya və Güney Koreya kimi ölkələr də dəvət olunub”.

Türkiyəli general əlavə edib ki, Yaponiyanın orada təmsil olunması rəsmi Tokio tərəfindən bütün konturların müəyyən edilməsi kimi dəyərləndirilə bilər: “Yəni bu baxımdan ki, Yaponiya hazırda həm çoxtərəfli yəni hər hansı ittifaqlar daxilində, indiki halda isə NATO daxilində, həm də ikitərəfli əməkdaşlıqlara xüsusi önəm verir. Buna uyğun olaraq da mühüm addımlar atır. Təbii ki, söhbət hərbi təhlükəsizlik məsələsindən gedir. G7 zirvəsində də Yaponiyanın ikitərəfli əməkdaşlıqların gücləndirilməsi üçün əlavə addımlar atacağı, danışıqlar aparacağı və görüşlər keçirəcəyi gözləniləndir”.

Mission News Theme by Compete Themes.