Son yeniləmə: 18 Oktyabr 2024 09:09
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi tərəfindən təşkil edilən Denizli Kitab Sərgisi 7-ci dəfə qapılarını açır.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “sərgi oktyabrın 18-də qapılarını kitabsevərlərin üzünə açacaq. Denizli Böyükşəhər Bələdiyyəsi Konqres və Mədəniyyət Mərkəzi (EGS) Sərgi Sahəsində keçiriləcək tədbirdə 325 yazar və 150 nəşriyyat iştirak edəcək. Sərgi çərçivəsində tanınmış müəlliflərin avtoqraf sessiyaları və müsahibələri keçiriləcək. Sərgidə Banu Avar, Ahmet Ümit, Yekta Kopan, Ünsal Ünlü, İclal Aydın, Ataol Behramoğlu, Celal Şengör, Ayşe Kulin və Coşkun Aral kimi bir çox tanınmış adlar iştirak edəcək”. Bundan əlavə Denizli yazarları da öz oxucuları ilə bir araya gələcəklər.