Son yeniləmə: 18 Oktyabr 2024 09:10
BAYRAQDAR MEDİA – ABŞ-ın Tokiodakı səfiri Rahm Emanuel Çinin iqtisadi təzyiqlərinə qarşı “NATO kimi” ticarət və müdafiə ittifaqının yaradılmasının vacibliyini vurğulayıb.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “ötən həftə The Wall Street Journalda (WSJ) dərc olunmuş məqaləsində səfir R.Emanuel ABŞ prezidenti Co Bayden administrasiyasının Hind-Sakit okean regionunda çoxtərəfli təhlükəsizlik tərəfdaşlıqlarını gücləndirmək üçün effektiv yanaşmasına diqqət çəkib. O, həmçinin iqtisadi tədbirlərlə Çinin təzyiqlərinə qarşı ortaq mövqe sərgilənə biləcəyini bildirib”.
Məlumata görə, Yaponiyanın baş naziri İşiba Şiqeru da Asiyada NATO-ya bənzər bir ittifaqın yaradılmasına çağırıb: “Baş nazir İşiba Çin, Rusiya və Quzey Koreyadan gələn təhlükəsizlik təhdidlərinə qarşı durmaq üçün mərkəzində ABŞ-Yaponiya ittifaqı dayanan “Asiya NATO-su” yaratmağı təklif edib. Baş nazir bildirib ki, bu ittifaqı gücləndirmək üçün Avstraliya, Kanada, Filippin, Hindistan, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığın artırılması lazımdır”.
Məlumata görə, R.Emanuel qeyd edib ki, bu yeni ittifaqın effektiv olması üçün NATO-nun kollektiv müdafiə maddəsinə bənzər bir struktur lazımdır: “O, xüsusilə Çinin yüksək gömrük rüsumları ilə üzləşdiyi dövrdə Avstraliyanın müttəfiqlərinin köməyi ilə iqtisadi asılılığını azaltdığını xatırladaraq həmrəyliyin əhəmiyyətini vurğulayıb. Çinə qarşı sərt mövqe tutmaq üçün bu cür ittifaqların yaradılması regionda təhlükəsizlik dinamikasını dəyişə bilər”.