Son yeniləmə: 16 Oktyabr 2024 23:45
BAYRAQDAR MEDİA – Bolarıstan növbədənkənar parlament seçkilərinə hazırlaşır. Bu arada bəlli olub ki, “Gallup İnternational Bolkan” ictimai rəy sorğusu agentliyi 28 sentyabr-6 oktyabr 2024-cü il tarixləri arasında rəy sorğusu keçirib.
Bu barədə Radio Bolqarıstan məlumat yayıb.
Bildirilib ki, “sorğuda 806 vətəndaş iştirak edib. Rəy sorğunsunun nəticəsinə əsasən, əgər oktyabrın əvvəlində növbədənkənar parlament seçkiləri keçirilsəydi, birinci yerdə 25,7 faiz səs toplayan GERB-SDS koalisiyası olacaqdı. Sorğuya əsasən, PP-DB 16,6 faiz dəstəklə ikinci, “Vazrajdane” isə 15,4 faizlə üçüncü yerdə qərarlaşıb”.
Məlumata görə, “Alians za prava i svobodi” 8,3 faiz, BSP-Obedinena Levitsa 7,1 faiz, DPS-Novo Naçalo 6,9 faiz və ITN 6,3 faiz dəstək alıb: “Sorğuda MEÇ 3,7 faiz, “Veliçie” 3,2 faiz və “Sinya Bılqariya” 1,1 faiz səs toplayıb. Sorğu iştirakçılarının verdiyi cavablara əsasən, oktyabrın 27-də keçiriləcək seçkilərdə vətəndaşların 30,5 faizinin, yəni 2 milyon səsin səs verməsi gözlənilir. Seçicilərin 3,1 faizinin “Mən heç kimi dəstəkləmirəm” variantını qeyd edəcəyi gözlənilir”.