Press "Enter" to skip to content

“Rənglə yazılmış tarix” sənədli filminin nümayişi

Muzeydə kino

BAYRAQDAR MEDİA – 19-20 oktyabr 2024-cü il tarixlərində saat 17:00-da Azərbaycan Milli İncəsənət Muzeyində (AMİM) “Muzeydə kino” layihəsi çərçivəsində “Rənglə yazılmış tarix” adlı sənədli filmin nümayişi olacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Muzeyin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Azərbaycantelefilm”in istehsalı olan ekran işi milli təsviri sənətin görkəmli nümayəndəsi, Xalq rəssamı Mikayıl Abdullayevin həyat və yaradıcılığından bəhs edir”.

Qeyd edək ki, filmin nümayişində arzu edən hər kəs iştirak edə bilər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.