Press "Enter" to skip to content

Qazaxıstandan TDT ilə bağlı yeni addım

Astana

Son yeniləmə: 17 Oktyabr 2024 10:52

BAYRAQDAR MEDİA – Qazaxıstan hökuməti Türk Dövlətləri Təşkilatı (TDT) Mülki Müdafiə Mexanizminin yaradılması haqqında sazişi təsdiqləyib.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “TDT üzv ölkələri tərəfindən imzalanan bu müqavilə təbii fəlakətlərlə birgə mübarizə aparmaq üçün səlahiyyətli və hüquqi beynəlxalq təşkilat yaratmağı hədəfləyir. Belə ki, müqavilə çərçivəsində yaradılan TDT Mülki Müdafiə Mexanizminin hüquqi şəxs statusuna malik beynəlxalq təşkilat kimi fəaliyyət göstərməsi nəzərdə tutulur”.

Məlumata əsasən, TDT Mülki Müdafiə Mexanizmi axtarış-xilasetmə, fövqəladə sağlamlıq, fövqəladə rabitə, müşahidə və qiymətləndirmə, humanitar yardım, böhranın qarşısının alınması və idarə olunması, təbii fəlakətlərlə mübarizədə maarifləndirmə kimi sahələrdə istifadə olunacaq.

TDT Mülki Müdafiə Mexanizminin yaradılmasına dair müqavilə 2023-cü il martın 16-da Ankarada imzalanıb.

Mission News Theme by Compete Themes.