Press "Enter" to skip to content

Kursantlar arasında idman yarışları keçirilir

Yarışlar zamanı

Son yeniləmə: 17 Oktyabr 2024 11:30

BAYRAQDAR MEDİA – Azərbaycan, Türkiyə və Gürcüstan hərbi təhsil müəssisələrinin qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi tədbirləri çərçivəsində İstanbul şəhərində hər üç ölkənin hərbi məktəblərinin kursantları arasında dostluq idman yarışları keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “qardaş ölkənin Milli Müdafiə Universiteti tərəfindən təşkil olunan Azərbaycan-Gürcüstan-Türkiyə kursantları arasında idman sahəsi üzrə üçtərəfli yarışda ölkəmizi Heydər Əliyev adına Hərbi İnstitutun 3-ü zabit və 31-i kursant olmaqla, 34 nəfərlik heyəti təmsil edir. Yarışlara atletika, voleybol, üzgüçülük və güləş idman növləri daxildir”.

Türkiyənin Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbinin ev sahibliyi ilə keçirilən yarış oktyabrın 18-dək davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.