Press "Enter" to skip to content

Fiziki məhdudiyyətli şəxslərə ilk tibbi yardım təlimləri

Təlim zamanı

Son yeniləmə: 16 Oktyabr 2024 23:45

BAYRAQDAR MEDİA – Əlilliyi Olan Şəxslərə Sosial Dəstək İctimai Birliyi “İlk tibbi yardım” layihəsinin icrasını davam etdirir.

İctimai Birliyin sədri Təranə Musayeva bildirib ki, layihənin məqsədi fiziki məhdudiyyətli uşaqların valideynlərini tibb kurslarına cəlb etməklə, onların tibbi savadlılığının artırılmasına və bu yolla onların sağlamlığının yaxşılaşdırılmasına, cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.

Layihə çərçivəsində valideynlərə 30 təlim keçirilməsi nəzərdə tutulub. Təlimlərdə mütəxəssislər tərəfindən müxtəlif xəstəliklər zamanı, eləcə də günvurma, istivurma, ilan sancmaları zamanı ilk tibbi yardım və bir sıra nəzəri biliklər öyrədilib, praktik məşğələlər keçirilib.

Layihə oktyabrın 31-dək davam edəcək.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Mission News Theme by Compete Themes.