Press "Enter" to skip to content

“Filumena Marturano” nümayiş olunacaq

Filumena Marturano

Son yeniləmə: 17 Oktyabr 2024 21:28

BAYRAQDAR MEDİA – Oktyabrın 19-u saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında məşhur italyan dramaturqu, ssenaristi, rejissoru Eduardo de Filipponun “Filumena Marturano” əsəri əsasında eyniadlı tamaşa nümayiş olunacaq.

Nicat Kazımov
Nicat Kazımov

Səhnə əsəri haqqında BAYRAQDAR MEDİA-ya tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Nicat Kazımov məlumat verib: “Tamaşa Bəsti xanımın yubileyi üçün hazırlanıb. Tamaşada əsas rollardan biri olan Dominiko Sorianonun ilk ifaçısı mərhum Xalq artistimiz Ramiz Novruz idi. Allah ona qəni-qəni rəhmət eləsin. Ondan sonra bir neçə tamaşa həmin rolu mən oynadım. İndi isə o rolu Xalq artisti Sabir Məmmədov ifa edir. Filumena Marturanı obrazında isə bizim hamımızın sevimlisi Xalq artisti Bəsti Cəfərova çıxış edir. Tamaşada çox maraqlı aktyor ansamblı var. Həmçinin çox gözəl tərtibat, gözəl geyimlər var. Yəni tamaşaçılar bu səhnə əsərinə baxanda həm istirahət edəcək, həm zövq ala biləcək, həm də düşünəcəklər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.