Son yeniləmə: 17 Oktyabr 2024 11:21
Füzuli şəhərinə köçürülən sakinlərdən artıq 1000-dən çox şəxsin məşğulluğu təmin edilib
BAYRAQDAR MEDİA – Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər qazandığı 44 günlük Vətən müharibəsinin 21-ci günü – 2020-ci il oktyabrın 17-si Füzuli şəhərinin və ətraf kəndlərinin erməni işğalından azad edildiyi gün kimi Azərbaycan tarixinə yazılıb. Dövlət başçısının 2023-cü il 31 iyul tarixli Sərəncamına əsasən 17 oktyabr – Füzuli Şəhəri Günü kimi qeyd edilir.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumatda qeyd edilib.
Bildrilib ki, “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunan ərazilərimizəköçürülən sakinlərin aktiv məşğulluq proqramları ilə əhatə olunması işlərini aparır. Füzuli şəhərinə köçürülən sakinlərdən də artıq 1018 nəfərin məşğulluğu təmin edilib. Özünüməşğulluq proqramı çərçivəsində həmin sakinlərdən 35 nəfəri üçün kiçik təsərrüfatlar qurulub, yaxın günlərdə daha bir qrup sakin üçün də təsərrüfatlar yaradılacaq. Sakinlərdən 28 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib”.