Press "Enter" to skip to content

Dörd min səkkiz yüzdən çox namizəd mübarizə aparır

Bolqarıstan MSK

Son yeniləmə: 17 Oktyabr 2024 10:53

BAYRAQDAR MEDİA – Bolqaristanda oktyabrın 27-də keçiriləcək növbədənkənar seçkilərdə 4858 deputatlığa namizəd qeydə alınıb.

Radio Bolqarıstan xəbər verir ki, namizədlərin 1378-i qadın, 3480-i isə kişidir: “Qeyd olunub ki, bu rəqəm yekun deyil. Namizədliklərinin siyahılardan silinməsini istəyənlər var”.

Mərkəzi Seçki Komissiyasının sədr müavini Rositsa Mateva mətbuat konfransında çıxış edərək bildirib ki, hazırda ölkə daxilində və xaricində 12 min 640 seçki mərkəzi fəaliyyət göstərir.
Ancaq xatırladılıb ki, seçkilərə 48 saat qalmış xəstəxana və həbsxanalarda səsvermə məntəqələri açılacağından say dəyişəcək.

Mission News Theme by Compete Themes.