Son yeniləmə: 16 Oktyabr 2024 12:53
BAYRAQDAR MEDİA – AK Partinin sədr müavini Nihat Zeybekçi ailəsi ilə birlikdə atasının Denizli Tavasdakı evində ənənəvi bəhməz qaynatma tədbirinə qatılıb.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Məlumata görə, Tavasın Pınarlar məhəlləsində keçirilən tədbirdə N.Zeybekçi əlinə çömçə tutaraq qazanda bəHməz hazırlayan fotolarını sosial media hesabında paylaşıb: “Bu paylaşım qısa müddətdə minlərlə bəyənmə toplayıb”. Paylaşimda deyilir: “Biz əcdadlarımızdan miras qalan ənənəvi qaynayan bəkməzi övladlarımıza çatdırırıq. Bərəkətli olsun”.