BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlər sırasında Azərbaycanın tanınmış ictimai-siyasi xadimi, millət vəkili Fazil Mustafanın “Düşünürüksə, varıq!” kitabıdır.
2016-cı ildə nəşr edilmiş kitaba müəllifin sosial şəbəkədə yazdığı status, məqalə, polemika və şərhlərdən seçmələr daxil edilib. Cəmiyyət həyatının müxtəlif sahələrinə aid maraqlı düşüncə və görüşlərə sahib olan müəllifin bu kitabı bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edir.
Kitabda “Sülhün devalvasiyası”, “Qulaqcığın faydası”, “Elat bayramından kədərli reportaj”, “Türk məktəbləri məsələsi”, “Gerçək qəhrəmanlar”, “Uydurulan dindən çəkdiklərimiz” və s. başlıqlarda yazılara yer verilir.
Bildirək ki, nəşrin redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır.
Nəşrdə qeyd edilir ki, kitab düşünən insanlara bir ərməğandır.