Press "Enter" to skip to content

Əkbər Qoşalının açıqlaması antiAzərbaycan ünsürləri rahatsız edib

Əkbər Qoşalı

Son yeniləmə: 16 Oktyabr 2024 09:58

BAYRAQDAR MEDİA – Tehran-Təbriz havayolçularının “Təbrizə xoş gəlmisiniz” deyə doğma türkcədə salamlanması dünya azərbaycanlıları tərəfindən xüsusi rəğbətlə qarşılanıb. Öz növbəsində Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı bununla bağlı “QafqazTV”yə açıqlamasında bu məqamı təqdir edib. Lakin həmin açıqlama antiAzərbaycan ünsürlri ciddi şəkildə narahat edib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə Əkbər Qoşalı öz sosial şəbəkə hesabındakı paylaşımda bildirib.

Paylaşımda deyilir ki, bu paylaşımdan bərk qıcıq olanlar varmış: “Əcəb! Nə əcəbsə, bu dəfə daha yeni ad üzərindən sarsaqlayıblar: “Aytekin Baykara” adını qullanan və heç quşqusuz, bəlli antiAzərbaycan, antitürk dairələrin qullanımında olan bu yaramaz hər kimsə, (oxuculardan üzr istəyirəm) tərbiyədən, qanacaqdan nəsibini almayıb və sanki çaqqal döşü əmib, eşşək belindən gəlib. Guya belə sarsaqların, cahillərin yorum-morumuyla öz haqlı sözümüzü deməkdən çəkinəcəymişik. Öz başınızçün!”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.